Əfqanıstan rəsmiləri ölkənin şərqindəki Kunar vilayətində Birləşmiş Ştatlar hərbi konvoyu yaxınlığında baş verən partlayış bir uşağın ölümünə, 50 nəfərə yaxın adamın yaralanmasına səbəb olub. Kunar vilayətinin polis rəisi Əbdül Cəlal hadisə zamanı qumbara partladıldığı guman edildiyini deyib. Rəsmilərin dediyinə görə, şahidlər qumbaranın Birləşmiş Ştatlar əsgəri tərəfindən atıldığını görüb. Əfqanıstandakı NATO qüvvələrinin sözçüsü isə qumbaranın insanların cəmləşdiyi yerə yaraqlılar tərəfindən atıldığını bildirib.