Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi donor ölkələri müstəqil dövlət qurmaq üçün fələstinlilərə yardım etməyə çağırır


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel deyib ki, fələstinlilərin dövlət qura bilməsi üçün donor ölkələr onları vasitələrlə təmin etməlidir. Norveçdə Osloda Fələstinlilərin donor ölkələrinin konfransında danışan Mitçel təsisatlar və hökumət quruculuğunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Konfransdan sonra Corc Mitçel İsrail, Fələstin, İordaniya və Misir rəsmilərilə görüşmək üçün Yaxın Şərqə yola düşəcək. Mitçel ABŞ-ın İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həllinə sadiq qaldığını bildirib. ABŞ prezidenti Barak Obama keçən Qahirədə çıxışı zamanı İsrail dövlətilə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasına çağırıb. Cənab Obama deyib i, fələstinlilər zorakılıqlardan əl çəkməli, İsrail isə fələstinlililərəin mövcudluq hüququnu tanımalıdır.

XS
SM
MD
LG