Bü gün Livanda keçirilən parlament seçkilərində çoxsaylı seçici ilə yanaşı ölkə prezidenti Mişel Süleyman da iştirak edib. Beyrutun şimalında səs verəndən sonra dövlət başçısı jurnalistlərə deyib ki, demorkatiya Livanı Yaxın Şərqdə başqalarından fərqləndirən bir nemətdir. Bugünkü seçkilər ABŞ-ın dəstəklədiyi Livan parlamentində üstünlük təşkil edən fraksiya ilə İran və Suriyadan dəstək alan şiə militant qruplaşması Hizbullah rəhbərlik etdiyi koalisiya arasında güclü mübarizəyə səhnə olur. Nəticə ölkənin gələcək alyansını müəyyən edəcək. Seçki öncəsi sorğular göstərir ki, 128 yerlik parlament uğrunda bərabər mübarizə gedir. Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib, 50 min əsgər və polis zorakılıqların qarşısının alınması tədbirlərinə cəlb olunub.