Accessibility links

Prezident Obama Amerikaya qayıdır


ABŞ prezidenti Barak Obama İkinci Dünya müharibəsi zamanı Qərb müttəfiqlərinin nasistlər tərəfindən işğal olnumuş Fransa sahillərinə daxil olmasının 65-ci ildönümünü qeyd etdikdən sonra bu gün vətənə yola düşüb. Dünən cənab Obama Fransa lideri Nikola Sarkozıya qoşularaq 1944-cü ildə həyata keçirilmiş Normandiya müdaxiləsini yad etdi. Amerika əsgərlərinin dəfn edildiyi qəbiristanlıqda toplaşanalnlara ABŞ prezidenti həmin tarixi gündə canlarından keçmiş əsgərlərin unudulmayacağını söylədi. Parisi tərk etməzdən öncə cənab Obama və onun ailəsi məşhur Pompidu müasir incəsənət qalereyasına baş çəkib. Şənbə günü Notre Dam kiləsisnə gedən Obamalar Eyfel qülləsi yaxınlığında nahar edib.
XS
SM
MD
LG