Accessibility links

ABŞ ordusu İraqda azyaşlıların terrora cəlbini pisləyir


ABŞ ordusunun məlumatına görə, yaraqlılar İraqda yerli qüvvələrə və Amerika hərbçilərinə qarşı hücumlarda uşaqlardan istifadə hallarını artırıblar.

Ordunun bu gün yaydığı bəyanata görə, son bir ayda İraqın şimalında baş vermiş ən azı 5 insidentdə hərbçiləri hədəf alan məhz yeniyetmələr olub.

Hücumların bəzisində yeniyetmə gənclər təhlükəsizlik qüvvələrinə qumbara atıblar, digər hücumlar isə intiharçı bombaçılar tərəfindən icra olunub.

ABŞ hərbi rəsmiləri azyaşlıların təhlükəyə salınaraq, terrora cəlb olunmasını qəti şəkildə pisləyirlər.

XS
SM
MD
LG