Accessibility links

Neft qiymətləri artır


Birləşmiş Ştatlarda iş bazarında vəziyyətin yaxşılaşdığına reaksiya olaraq dünya üzrə neft qiymətlərinin artdığı müşahidə olunur. Buna digər səbəblər kimi dolların məzənnəsinin düşməsi və aparıcı təhlilçilərin bu ilin sonuna qədər qiymətlərin gözə çarpacaq dərəcədə artacağını əvvəlcədən xəbər verməsi göstəilir.

Nyu York hərracında alqı-satqı zamanı gələcəkdə çatdırılacaq xam neftin qiyməti bir dollardan artıq qalxaraq, 67 dollar 78 sent təşkil edib.

Bu, iqtisadiyyata dair yeni hesabatlarda ABŞ-da enerjiyə tələbatın artmasının göstəricisi ola biləcək iş bazarında vəziyyətin bir qədər düzəldiyi bildirəndən sonra baş verir.

Burada həm də neft qiymətlərinin bu ilin sonuna qədər 85 dollara çatacağı və 2010-cu ildə artmağa davam edəcəyini deyən Goldman Sachs-ın hesabatı da nəzərə alınır.


XS
SM
MD
LG