Türkiyə rəsmilərinin dediyinə görə, İstanbul kafelərindən birində baş vermiş qaz partlayışında 3 nəfər yaralanıb.
Şəhər qubernatoru Muammer Gülər bu gün türk mediasına deyib ki, partlayışa qaz balonu səbəb olub.
Qubernator hadisənin terakt olması versiyasını istisna edib.
Partlayış İstanbulun Avropa səmtindəki Bakırköy dairəsində baş verib.