Təbriz Universitetinin tələbələri seçkilərə iki həftə qaldığı vaxt çıxış edən islahatçı namizəd Mir Hüseyn Musəvini alqışlayıb. Musəvi prezident Mahmud Əhmədinejadla olduqca yaxın rəqabətdədir. Baxmayaraq ki, bir çox təhlilçi sabiq president Məhəmməd Xatəminin dəstəiyni əldə edən Musəvinin Əhmədinejada qalib gələcəyini düşünmür. Bu isə İranın Ali ruhani rəhbəri Ayətulla Əli Xameneyinin Əhmədinejada verdiyi dəstəklə izah edilir.
1980-ci illərdə İranın baş naziri olmuş Musəvi bir çox
iranlının xatirəsində İraq-İran müharibəsi zamanı iqtisadi siyasətinə görə
yaşayır. Təbrizin universitet tələbələri
qarşısında çıxış edən namizəd 1979-cu ildən İslam İnqilabının məğzini təşkil
edən söz azadlığına dəstək verdiyini deyib.
Mir Hüseyn Musəvi deyib ki, inqilab bizim söz azadlığımızı
təminat atına almaq üçün keçirilib.Müxalifətə dözümsüzlük bizim maraqlarımıza xidmət etmir. Bu halda biz
müasir dünyanın bir parçası ola bilmərik-deyə islahatçı namizəd bildirib.
Prezident Mahmud Əhmədinejad da seçicilərin dəstəyini əldə etmək üçün kampaniya aparır. Bu gün o, İran parlamentinin böyük bir blokunun dəstəyini qazanıb. İranın Prinsipialistlər cəbhəsinin mühafizəkar 200 üzvü iyun ayının 12-də Mahmud Əhmədinejada səs verəcəkləri vədi ilə məktub imzalayıb. 30 dəqiqiləlik reklam kampaniyası zamanı Əhmədinejad iqtisadi siyasətini müdafiə edib. O, qlobal iqtisadi böhrana baxmayaraq, İran iqtisadiyyatının sabitliyindən danışıb. İran dövlət başçısı deyib ki, onun müdrik xarici siyasəti İranın düşmənlərini məğlub edib.
İranın prezident seçkilərində üçüncü namizəd, 16 ildirİslam İnqilabı keşikçilərinə rəhbərlik edən Mohsün
Rezayi İranın şimal bölgəsində kampaniya aparır. O, qanunlara riayət edən insanlardan
ibarət bir koalisiya hökuməti quracağına
vəd verib.
Rezayi İsrailə qarşı təhdidilər irəli sürərək, o ölkənin
bircə hücum nəticəsində neytrallaşdıra biləcəyini deyib.
Rəqiblərindən arxada olan dördüncü namizəd, bir zamanlar İran
parlamentinin spikeri olmuş Mehdi Kərrubi isə reklam kampaniyasında senzuraya
məruz qalan konstitusiyada düzəlişlər
edilməsinə çağırıb. Kərrubini rəqiblərindən fərqləndirən daha bir cəhət onun
iqtisadi planı