Accessibility links

Ban Ki-Mun Gürcüstanda yeni təhlükəsizlik zonalarının yaradılmasını təklif edib


BMT Baş Katibi Ban Ki-Mun Gürcüstanın nəzarətində olan ərazilərlə separatçı Abxaziya respublikası arasında sərhəd xətti boyunca təhlükəsizlik zonaları yaradılmasını təklif edib.

Cənab Ban öz tövsiyələrini bu gün BMT-nin Abxaziyadakı sülhməramlı missiyasının fəaliyyətində dəyişiklikləri müzakirə edən Təhlükəsizlik Şurasına təqdim edib.

O, Abxaziyada təhlükəsizliyin vəziyyətinin kövrək adlandırıb.

Baş katib təklif edib ki, hər iki tərəfdən gürcü və abxaz hərbçilərinini olmadığı ərazidə 12 kilometrlik təhlükəsizlik zonası yaradılsın.

Bu arada, Gürcüstan rəsmiLərinin dediyinə görə, polis bu ayın əvvəlində hərbi bazada qiyamın təşkilində şübhəli bilinən bir nəfəri qətlə yetirib.

Onların dediyinə görə, gecəyarısı Tbilisidə keçirilən reyd zamanı digər iki şübhəli yaralanıb.

Gürcüstan tərəfinin dediyinə görə, bu üç şəxs NATO-nun ölkədə planlşdırılan hərbi təlimlərini pozmağa cəhd göstərirmişlər.

XS
SM
MD
LG