Accessibility links

Yust Hilterman: Kərkükə xüsusi status verilməlidir


Birləşmiş Ştatların hərbi qüvvələri İraqdan bu ilin sonuna qədər çıxmağa hazırlaşdığı bir vaxt ölkənin şimalında Kərkük şəhərinin satutusu ilə bağlı müzakirələr davam edir. Beynəlxalq Böhran qrupunun Yaxın Şərq və Şimali Afrika regionu üzrə eksperti Yust Hilterman bildirir ki, Kərkükün statusu ABŞ hərbi qüvvələri hələ ölkədən tam çıxarılmamış müəyyən edilməlidir. Onunla müsahibəni Amerikanın səsinin türk xidməti aparıb.

2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra paytaxtı Kərkük şəhəri olan və əslində Kərkük adı ilə tanınan Əl-Tamim bölgəsinin statusu hələ də qeyri-müəyyən olaraq qalır. Regionda kürd hökuməti ərəblərin buraya Səddam Hüseynin hakimiyyəti dövrü yerləşdirildiyini hesab edərək Kərkükü öz idarəsi altına almağa çalışır. Regiondakı ərəblər Kərkükün mərkəzi hökumətə tabe edilməli olduğunu hesab edir. İllər uzunu ərəbləşdirmə siyasətinin qurbanların olduqlarını düşünən türkmənlərsə Kərkükə özəl status verilməsini istəyir.

Tərəflərin bu iddilarını tarixi baxımdan əsaslandırmağa çalışmasına baxmayaraq, bölgənin əhəmiyyəti onun neftlə zəngin olması ilə ölçülür. Iraqın neft ixracatının yarısı məhz Kərkükün payına düşür. Şiddətli hərbi əməliyyatlardan uzaq olan bu bölgədə narahatlıq doğuran əsas məsələ etnik qruplar arasında toqquşmadır.

Beynəlxalq Böhran qrupundan Just Hofman deyir ki, Kərkükün statusu ilə bağlı ideal bir həll yolu yoxdur.

"Fikrimcə, Kərkük bir qədər Bağdadda mərkəzi hökumətə tabe olub, bir qədər Ərbildəki kürd idarəsinin təsir göstərə biləcəyi özəl federal status alsa, bu, işə yaraya bilər. Bu məsələdə çatışmazlıq olmayan bir həll yolu yoxdur və bütün tərəflərin güzəştlərə getməsi lazımdır."

Hilterman Kərkükün müstəqilliyinin təmin edilməsinə qarantiya olmadığını düşünür. Onun fikrincə, Kərkük məsələsinin sülh yolu ilə həllinin bundan daha yaxşı variantı yoxdur. Hilterman Kərkükün regional kürd idarəçiliyi altında olmasını istəyən kürdlərin məsələni bu şəkildə qəbul edə bilməsini mümkün sayır.

"Fikrimcə, onlar bunu qəbul edəcək. Çünki bu, məntiqi görünür, lakin eyni zamanda həm də çətin məsələdir. Kürd höküməti kürdlərə Kərkükün tarixən onlara aid olduğunu və onların hakimiyyəti altında olmalı olduğu fikrini aşılayıb. İndi adamları lazım olan bir varianta hazırlamaq çox çətindir. Lakin yenə də mümkündür, çünki bu variant məntiqə uyğundur. Üstəlik də burada kürdlərin faktiki olaraq Kərkükü idarə etməsi nəzərdə tutlur. Baxın, vəziyyət belədir."

Hilterman Kərkükün statusu məsələsinin ABŞ silahlı qüvvələri İraqdan çıxana qədər təcili həll edilməli olduğunu vurğulayır. Lakin ekspertin fikrincə, bu ilin sonunda ümümi seçkilərə hazırlaşan İraq siyasətçiləri məsələnin həllilə məşğul olmayacaqlar. O, seçkilər başa çatıb yeni hökumət təşkil edildikdən sonra Kərkük məsələsinin uzun müddətli həllinə çalışmaq və hazırlıqlar görülməsinin vacibliyini önə çəkir.

O, Türkiyənin Kərkük məsələsində mövqeyinə toxunaraq rəsmi Ankaranın vasitəçi ola biləcəyini qeyd edir.

"Türkiyə burada mühüm rol oynaya bilər. Ankara Kərkükün kürd hökumətinə tabe olmasını münasib hesab etmir. Bu, onları kürdlərlə çətin vəziyyətə salır. Lakin iqtisadi əlaqələri genişləndirmək həm Türkiyə, həm də kürdlər üçün faydalıdır. Kürdlərin Bağdad hökumətinə etibarsızlığı nəzərə alınsa, ABŞ silahlı qüvvələri İraqdan çıxdıqdan sonra kürdlərin xaricdən müdafiə olunmağa ehtiyacı olacaq. Türkiyə bunun bir qarşılığı olsa, bunu təmin edə bilər. Bunun qarşılığı da məhz Kərkük məsələsdir."

Yust Hilterman əlavə edir ki, Türkiyənin normal münasibətlər müqabilində kürd hökumətindən istəyəcəyi bir şey də, PKK məsələ ilə bağlı olacaq.

XS
SM
MD
LG