Muğam üslublu başlıq Azərbaycanın Avropada kifayət qədər tanınmasına kömək etdi. Aysel Teymurzadə və İran əsilli müğənni Araşla təmsil olunan Azərbaycan komandası ölkəni Avroviziya 2009 müsabiqəsində ilk üçlüyə daxil etdi.
Dünən Avroviziya 2009 müsabiqəsi sona çatdı. Avropanın ən uzunmüddətli televiziya mahnı müsabiqəsi olan Avroviziya ilk dəfə 1956-cı il mayın 24-də Avropa Yayım Birliyinin təşəbbüsü ilə İsveçrənin Luqano şəhərində keçirilib və yarışın birinci qalibi də ev sahibi olub. İndiyədək Avroviziya müsabiqəsində 1.100 mahnı təqdim olunub ki, bunlar da adətən hər il dünyada hit mahnılara çevrilir. Dünən başa çatan 53-cü Avroviziya müsabiqəsinin qalibi Norveç təmsilçisi Aleksandr Rıbak Avroviziya tarixində record vuraraq 387 xal topladı.
Reqlamentə bu ilin müsabiqəsi keçən il təmsilçisi qalib olmuş ölkədə keçirilir. Dima Bilanın sayəsində Rusiyanın ev sahibliyi etdiyi 53 Avroviziya müsabiqəsində Azərbaycan son anlara qədər 2 yerdə olsa da, son səsvermə zamanı Norveç səslərinin 12-sini İslandiyaya verməklə "Always" mahnısının üçüncü yeri tutmasına səbəb oldu.
Azərbaycan müsabiqədə ingiliscədən tərcümədə "Həmişə" mənasını verən Always mahnısı ilə təmsil olundu. Sözləri və musiqisi əslən İrandan olan İsveçdə yaşayan Araş Labafa məxsus olan mahnını Aysel Teymurzadə və Araş özü oxuyurdu. Artıq Azərbaycana qayıdan Aysellə Araşı Bakı Hava limanında çoxsaylı pərəstişkar qarşılayıb.
Finalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan da daxil olmaqla 25 ölkə mübarizə aparırdı.Avroviziya müsabiqəsində 2 dəfədir iştirak edən Azərbaycan komandası keçən il 8-ci yeri tutmuşdu. Bu il isə yalnız Türkiyədə maksimum – 12 səs alan Azərbaycan Avropada kifayət qədər irəli getməyi bacardı.