Mərkəzi
Kəşfiyyat Agentliyinin rəhbəri Nümayəndələr Palatasının agentliyin onu terror
şübhəlilərinin sudaboğma stimulyasiyası ilə bağlı azdırdığı haqda dediklərini
rədd edib. CIA-in direktoru Leon Panetta
cümə günü işçilərə ünvanlanmış məktubda bildirir ki, sənədlər agentliyin həmin
ildə qanunveriviləri dürüst məlumatlandırdığını göstərir. ABŞ Nümayəndələr Palatasının spikeri, Demokrat
Nənsi Pelosi, müxbirlərə deyib ki, Buş administrasiyası dönəmində CIA ona terror
şübhəlilərinə qarşı sudaboğma stimulyasından istifadə edilmədiyini bildirmişdi. Pelosi beş ay sonra 2002-ci ildəki
brifinq zamanı bu praktikadan artıq istifadə olunmasından xəbər tutduğunu
deyir. Rəqib Respublikaçılar prezident
Obamanın işgəncə adlandırdığı praktika haqda kimin nə vaxt bu məsələdən agah
olması ilə bağlı Nənsi Pelosiyə təzyiqlər göstərir.