Accessibility links

Atlantis şatlının astronaftları Habl teleskopunun təmirini davam etdirir


Atlantis şatlının iki astronaftı Habl fəza telskopunu təmir etmək üçün olduqca mürəkkəb və riskli missiyasnı yerinə yetirməyə davam edirlər. Mayk Qud və Mayk Massimino yeni altı qiroskop yerləşdirmək üçün altı saat yarım açıq kosmosdadırlar.

ABŞ-ın Fəza və Aeronaftika agentliyi NASAbunu əsas prioritet ediblər, belə ki, qiroskoplar nəhəng teleskopun düzgün istiqamətləndirilməsinə kömək edir. Astronaftlar iki nəhəng batareya modulunu da dəyişəcəklər.

Habl teleskopu artıq 19 ildir orbitdə yerləşdirilib. Bu, onun gələn beş il müddətində fəaliyyət göstərməsi üçün aparılan sonuncu təmir işləridir.


XS
SM
MD
LG