Accessibility links

Atlantis şatlının astronaftları ilk kosmik gəzintiyə çıxıblar


Atlantis şatlının iki astronaftı Habl teleskopunun indiyə qədər görünməmiş olduqca mürəkkəb təmirinə başlamaq üçün bu gün ilk dəfə açıq kosmosa çıxıb. Con Qransfeld və Drü Föystel Hablın planetlərarası kamerasını yeni kamera ilə əvəz etmək üçün altı saat yarım açıq kosmosda olacaqlar. Yeni kamera kainatın dərinliklərinə daha yaxşı nəzər salmağa imkanı verəcək. Bu, astronaftların Habl teleskopunun təmiri məqsədilə həyata keçirəcəyi beş fəza gəzintisindən birincisidir. Teleskop orbitdə 1990-c ildə yerləşdirilib. Onun təmirdən sonra daha beş il funksiya göstərməsi planlaşdırılır.

XS
SM
MD
LG