Gürcüstan prezidenti Mixail Saakaşvili deyir ki, Tbilisi yaxınlığındakı hərbi hissədə qiyam edən tank batalyonu artıq nəzarət altındadır.
O, bildirib ki, qiyam ciddi, ancaq təcrid olunmuş insident idi.
Gürcüstanın müdafiə nazirliyi bu səhər Tbilisi yaxınlığındakı hərbi bazada baş verən qiyamı Rusiyanın himayəsində hökumət çevrilişi təşəbbüsü adlandırsa da, daha sonra bildirib ki, qiyamçıların əsas məqsədi sabah başlayacaq NATO təlimlərinə mane olmaqdır.
Bu arada, Gürcüstan müxalifəti prezidenti diqqətləri digər problemlərdən yayındırmaq üçün hökumət çevrilişi təşkilində ittiham edib.
Gürcü müxalifətinin Saakaşvilinin istefası tələbilə gündəlik olaraq təşkil etdiyi nümayişlər artıq dörd həfdədir ki, davam edir.