Accessibility links

İran prezidenti Latın Amerikasına gedir


İran mətbuatının bildirdiyinə görə, prezident Mahmud Əhmədinejad bu həftə Latın Amerikasının 3 dövlətinə səfər edəcək. İRNA xəbər verir ki, cənab Əhmədinejad Braziliya Venesuela və Ekvador prezidentlərinin dəvəti ilə bu ölkələrə gedəcək. Cəmi bir neçə gün əvvəl İranla Venesuela hərbi əlaqələrin gücləndirilməsinə dair razılıq əldə edib. Bir ay öncə isə Venesuela prezidenti Hüqo Çaves ikitəfərli məsələləri müzakirə etmək üçün 4 günlük səfərlə İrana getmişdi. Bu ilin əvvəlində ABŞ müdafiə naziri Robert Geyts Senatın Silahlı Xidmətlər Komitəsinə bildirib ki, İran Latın Amerikasını öz təsir dairəsinə çəkməyə çalışır. Geyts İranın Mərkəzi və Cənubi Amerikada açdığı yeni ofisləri yerli məsələlər müdaxilədə “Cəbhə” adlandırıb.
XS
SM
MD
LG