Accessibility links

Donuz qripi epidemiyaya çevrilə bilər


Dünya Səhiyyə Təşkilatının rəhbəri deyir ki, Meksika və ABŞ-da baş qaldıran donuz qripi epidemiyaya çevrilə bilər.Təşkilatın baş direktoru Marqaret Çan deyib ki, bu qripin epidemik potensialı var, çünki insanlar ona yoluxur.Hələlik isə bunun baş verəcəyini demək tezdir.Bu gün xəstəliyi müzakirə etmək üçün fövqəladə iclas keçirilir. Min nəfərdən çox adamın yoluxduğu və 60 adamın artıq öldüyü Mexiko şəhərində rəsmilər məktəbləri, muzeyləri, və ictimai mərkəzləri bağlamışlar.Səhiyyə rəsmiləri deyirlər ki, bu qeyri adi virus donuz, insan və quş genlərini özündə cəmləşdirir.
XS
SM
MD
LG