Accessibility links

Barak Obama Yaxın Şərq liderləri ilə görüşəcək


Fələstin rəsmilərinin bildirdiyinə görə prezident Mahmud Abbas mayın 28-də Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə görüşəcək. Ağ Ev bu gün cənab Obamanın İsrail, Fələstin və Misir liderləri ilə qarşıdan gələn həftələt danışıqlar aparacağı barədə açıqlama verib. Prezident Obama Yaxın Şərq sülh prosesinin canlanması üçün gələn aylarda İsrail və fələstinlilərin xoşməramlı addımlar atacağını desə də o, xoş məramın detallarını açıqlamayıb. Barak Obama iki dövlətin mövcudluğu prinsipini dəstəkləyir və hesab edir ki, İsrail-Fələsin münaqişəsinin uzanması region xalqlarının maraqlarına xidmət etmir.

XS
SM
MD
LG