Türkiyədən alınan xəbərdə bildirilir ki, polis Əl Qaidə ilə əlaqəsi olmaqda şübhəli bilinən 34 nəfəri nəzarət altına alıb. Anadolu Xəbər Agentliyinin və Türkiyə televiziyasının məlumatlarında həmin şəxslərin bu gün Şanlıurfa, Gaziəntep və Konya vilayətlərində Əl Qaidə üzvlərinin yaşadığından şübhələnilən evlərə reydlər zamanı həbs edildiyi bildirilir. 2003-cü ildən bəri Əl Qaidə döyüşçüləri tərəfindən İstambul ətrafında həyata keçirilən hücumlar 60-dan çox insanın ölümünə, yüzlərlə insanın isə yaralanmasına səbəb olub.