Accessibility links

Rusiya NATO-nu hərbi komandirlərin yığncağında iştirak etməyəcəyi ilə hədələyir


Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Qərb alyansının keçmiş Sovet respublikası Gürcüstanda hərbi təlimlər keçirdiyi təqdirdə, may ayında NATO-nun hərbi komandirlərinin yığıncağında iştirak etməyəcəyi ilə hədələyib. Rusiyanın Moskovskiye Vesti tele-kanalına müsahibəsində Dmitri Roqozin deyib ki, addımlar atılmazdan əvvəl Rusiya NATO-nun Moskvanın hərbi manevrlərə etirazına nə kimi münasibət bildirəcəyini gözləyir. NATO rəsmiləri isə deyirlər ki, 19 ölkədən olan 1 300 nəfərdən ibarət hərbi qüvvələrin təlimləri Moskva üçün gözlənilməz olmamalıdır. Rusiya–NATO Şurası nazrlərinin görüşü may ayının 19-a təyin edilib. Hərbi manevrlər isə mayın 6-dan iyunun 1-nə qədər keçirilməlidir.

XS
SM
MD
LG