Accessibility links

Obama administrasiyası Somaliyə münasibətdə siyasəti müzakirə edir


Birləşmiş Ştatların hərbi dəniz donanması və Somali sahillərində dəniz quldurları arasında qarşıdurma Obama administrasiyasında Afrika burnu bölgəsində yerləşən bu ölkə ilə bağlı siyasətə dair debatlara yol açıb. Vaşinqton Post qəzeti bu gün ABŞ rəsmilərinin Somali ilə bağlı ümumi problemləri və Somalinin ekstremist qrupu olan Əl-Şahabın yaratdığı terror təhlükəsi ətrafında apardığı müzakirələrə dair məqalələr dərc edib. Milli təhlükəsizlik rəsmilərinə istinad edilərək bildirilir ki, debatlar əl-Şahaba qarşı raket hücumu keçirmək üçün əsasın olub-olmadığı ətrafında aparılır.ABŞ rəsmiləri qrupun Somalidən kənarda hücum planlaşdırdığına dair dəlilin olmadığını bildiriblər.

XS
SM
MD
LG