Accessibility links

Con Makkeyn Çin rəsmilərini  Şimali Koreyaya sərt cavab verilməsinə çağırıb


ABŞ senatoru Con Makkeyn Çin rəsmilərini Şimali Koreyanın raket buraxmasına sərt cavab verilməsinə çağırıb. Makkeyn Pekində müxbirlərin suallarını cavablandırarkən bildirib ki, Çin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqində beynəlxalq ictimaiyyəti dəstəkləməlidir. Senator Makkeyn Şimali Koreyanın nüvə silahlarının istehsalından çəkindirmə səyləri çərçivəsində aparılan altıtərəfli danışıqların qeyir-məhsuldar olduğunu deyib.

Amerika Birləşmiş Ştatları və onun Asiydakı müttəfiqləri ötən bazar günü fəzaya raket buraxılmasının ballistin raket sınağı olduğunu deyirlər. Rusiya və Çin vəziyyətdən çıxış yolu tapılmasında təmkin nümayiş etdirilməsinə çağırıb.

Makkeyni Yaponiya və Vyetnam da daxil edilməklə, Şərqi Asiya ölkələrinə səfəri zamanı daha iki senator müşayiət edir.

XS
SM
MD
LG