Accessibility links

İtaliyada baş verən zəlzələ onlarla insanın ölümünə səbəb olub


İtaliyada baş verən zəlzələnin episentri Roma yaxınlığındakı qədim L Aquila şəhərində olub.Rixter şkalası ilə 6.3 bal şiddəti olan zəlzələ 110 km-lik məsafədə yerləşən Romada belə hiss edilib. İtaliyanın baş naziri Silvio Berluskoni zəlzələ zamanı 90 nəfərdən çox insanın həlak olduğunu, azı 1500 nəfərin yaralandığını, minlərlə adamın evsiz qaldığını bildirib.

ABŞ və Türkiyə prezidentləri İtaliyada baş verən zəlzələ qurbanlarının ailələrinə başsağlığı veriblər. Ankarada təşkil edilən mətbuat konfransı zamanı hər iki ölkə lideriİtaliya xalqının kədərini bölüşdüyünü bildiriblər.

XS
SM
MD
LG