ABŞ prezidenti
Barak Obama deyir ki, onun ölkəsi Avropanın himayədarı yox, tərəfdaşı olmaq
istəyir. Şərqi Fransa şəhəri Strasburqda
prezident Nikola Sarkozı ilə görüşdən sonra danışan cənab Obama Avropanın
müdafiə qabiliyyətini gücləndirməsini görmək arzusunu dilə gətirib. Fransa lideri ölkələr arasındakı yaxın
münasibətləri vurğulayaraq bildirib ki, onlar iyunda koalisiya qüvvələrinin II
Dünya Müharibəsi zamanı Normandiya sahillərinə çıxmasının ildğönümündə yenidən
görüşəcəklər. Cənab Obama Rusiya ilə
dialoqun mühümülüyünü qeyd edib. Eyn i
zamanda o, Moskvanın ötən il Gürcüstana hərbi müdaxiləsini tənqid edib. ABŞ lideri bütün Avropa dövlətlərinin suverenliyinin
qorunmasının əhəmiyyətini vurğulayıb.