Dünya liderlərinin London sammitinə bir neçə gün qalır. Qlobal iqtisadi böhranla
bağlı Böyük İyirmiliyin sammitindən gözləntilər müxtəlifdir. Dünya liderlərinin görüşünün diqqət mərkəzində iqtisadiyyatın xilası
məsələsi olacaq.
ABŞ prezidenti Barak Obama və Britanıyanın baş naziri Qordon Braun Böyük 20-liyin sammitindən əvvəl stimullaşdırma tədbirlərinin artırılmasına çağırıb. Lakin 20-lin sənədini əldə edən Britaniyanın "Financial Times" qəzeti orada spesific planların olmadığını qeyd edir. Sənəddə əsasən azad ticarət maneələrinin aradan qaldırılması və bankçılıq sahəsində tənzimləmələrə dair razılıqlar əldə edilməsinə çağırılır. Qəzetə müsahibəsində president Obama qarşıdakı sammitin iqtisadiyyatın xilası üçün vaxt müəyyən edəcəyindən nikbinliyini ifadə edib.Sammitə sabah yola düşəcək prezident deyib ki, liderlər indiki vəziyyətdə birlik nümayiş etdirməli olduqlarını yaxşı başa düşürlər.
Britaniyanın xarici işlər naziri sammitdə deyiləcək sözlər deyil, görüşdən sonrakı əməllərin vacib olduğunu deyib.Deyvid Miliband bildirib ki, söhbət müstəsna bir iqtisadi böhrandan gedir. O, sammit zamanı köklü dəyişikliklərə yol açan qərarlar qəbul edilməsinin vacibliyini vurğulayıb. Britaniyanın baş naziri Gordon Braun deyib ki, dərin fikir ayrılıqlarına baxmayaraq, dünya liderləri bir ayara gəlib, dünya miqyaslı problemlə kollektiv şəkildə mübarizəyə qoşulacaq. Böyük Britaniyanın baş naziri böyük iqtisadiyyatların stimullaşdırma ölçülərinə əl atdığını, sələm faizlərinin ixtisarının koordinasiyalı şəkildə həyata keçirdiyini deyib.

ABŞ prezidenti Barak Obama prezidentliyi dövrü Avropaya ilk səfəri çərçivəsində qlobal iqtisadi sammitlə yanaşı , NATO və digər regional toplantılarda iştirak edəcək, bir sıra ikitərəfli görüşlər keçirəcək. ABŞ prezidenti sammit çərçivəsində Britaniya və Hindistanın baş nazirləri, Çin və Rusiya prezidentləri, habelə Səudiyyə Ərəbistanı kralı da daxil olmaqla, dünya ölkələrinin liderlərilə görüşlər keçirəcək.