Accessibility links

Türkiyədə bələdiyyə seçkiləri keçirilir


Türkiyə rəsmilərinin bildirdiyinə görə, bazar günü ölkədə keçirilən bələdiyyə seçkiləri zamanı rəqib siyasi qruplar arasında baş vermiş qarşıdurmada azı 4 nəfər həyatını itirib.

Rəsmilərin dediyinə görə, qarşıdurma ölkənin kürdlər yaşayan cənub vilayətində, o cümlədən Diyarbəkirdə baş verib.

81 bölgə üzrə yerli özünüidarə və mer postu uğrunda keçirilən seçkidə təxminən 48 milyon insanın səs verəcəyi gözlənilir.

Səsvermə əsasən baş nazir Rəcəb Tayib Ərdoğanın populyarlığının testi kimi qiymətləndirilir.

Bir çox rəy sorğuları onun islamçı Ədalət və İnkişaf Uğrunda partiyası olan AKP-nin qələbə çalacağını göstərir.

Lakin ölkədə işsizliyin yüksək həddə olması və qlobal iqtisadi böhran hakim partiyanın göstəricilərinə zərbə vura bilər.

Dünyəvi və millətçi müxalifət liderləri AKP-ni kəskin tənqid edirlər. Lakin təhlilçilərin bildirdiyinə görə, zəif və parçalanmış müxalifət partiyaları Ərdoğanın partiyasının qarşısını ala bilməyəcək.

XS
SM
MD
LG