Accessibility links

Eldar Namazov: “Dağlıq Qarabağa dair sülh sənədi Azərbaycanın maraqlarına yaxındır”


Vyanada ilk dəfə olaraq, ATƏT-in icraçı sədrinin şəxsi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistandan olan ictimai xadimlərlə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ictimai forum keçiriblər.

Forumda iştirak etmiş Azərbaycanın president katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov müzakirələrlə əlaqədar Amerikanın səsinə müsahibə verib.

Cənab Namazov deyib ki, "belə ğörünür, həmsədrlər siyasi liderlərlə apardıqları sülh danışıqlarına paralel olaraq, Azərbaycan və Ermənistandan olan ictimaiyyət xadimlərini də prosesə cəlb edərək, onlarla paralel dialoq aparırlar".

Bu görüşlərin məqsədi ictimaiyyəti gedən danışıqlar barədə məlumatlandırmaqdır.

Namazov deyib ki, müzakirə olunan sülh sənədi Azərbaycanın maraqlarına yaxındır, belə ki, orada vaxtı ilə Bakının irəli sürdüyü mərhələli sülh planının detalları əks olunur.

"Söhbət Azərbaycan ərazilərinin boşaldımasından və qaçqın və köçkünlərin ora qayıtmasından gedir. Dağlıq Qarabağın statusu isə sonraya saxlanılır", - deyib Eldar Namazov.

Politoloq əlavə edib ki, Vyana konfransında iştirak edən Ermənistan nümayəndələri eşitdiklərindən o qədər də razı qalmayıblar:

"Lakin onlara izah olundu ki, beynəlxalq vasitəçilərin mövqeyi belədir və onlar da bununla barışmalıdırlar".

Avstriya paytaxtında aparılmış müzakirələrdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının da münyəndələri iştirak edib.

XS
SM
MD
LG