Accessibility links

ABŞ-ın Respublikaçılar Partiyası Barak Obamanın büdcə planını tənqid edir


ABŞ-ın Respublikaçılar Partiyası prezident Barak Obamanın büdcə planının milli borcları artıracağı barədə xəbərdarlıqla çıxış edir. Həftəlik radio müraciəti zamanı Nyu Hempşir ştatından senator Cadd Qreq prezidentin 3.55 milyard dollarlıq büdcə təklifini solçuluğa doğru misilsiz bir addım kimi qimyətləndirib.

Senator deyib ki, Barak Obmanın planı hədsiz xərclər, hədsiz vergilər və hədsiz borclara yol açır. Cadd Qreqə ticarət naziri vəzifəsi təklif edilmiş, lakin o, bundan imtina etmişdi. O vaxtdan bəri senator prezidentin ən kəskin tənqidçilərindən biri kimi çıxış edir.

Prezident Obama isə büdcə planının iqtisadi fəaliyyətləri canlandıracağını, enerji,təhsil və səhiyyə sahələrinə investisiyaları artıracağını deyir.

XS
SM
MD
LG