Accessibility links

ABŞ prezidenti Barak Obama Yunan Pravoslav Kilsəsinin arxiyepiskopunu Ağ Evdə salamlayıb


ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden Yunan Pravoslav Kilsəsinin arxiyepiskopu Demetriosu Ağ Evdə salamlayıb. Görüş Yunanıstanın müstəqilliyi münasibəti ilə təşkil edilib. Barak Obama deyib ki, Amerika və Yunanıstan eyni demokratik idealları bölüşür. Prezident Amerikanın təməlini qoyanların yunan tarixinin tələbələri olduğunu bildirib.

Arxiyepiskop president və onun ailəsinə dua edib, ABŞ və Yunanıstanınazadlıq və demokratiya ideyalarını bölüşdüyünü bildirib. 1821-ci ildə Osmanlı İmperatorluğuna qarşı üsyan 12 ildən sonra Yunanıstanın müstəqilliynə yol açmışdı.

XS
SM
MD
LG