Beynəlxalq insan haqları qrupu Amerikanı on minlərlə mühacirin hüquqlarını pozmaqda ittiham
edib. “Amnesty International” bildirir ki, son 12 ildə mühacirlərin gündəlik
nəzarət altına alınması halları 3 dəfə artıb. Bu gün açıqlanan hesabatda qrup
ABŞ-i çoxsaylı insanın saxlanmasının qanununiliyinə dair dinləmələr keçirməməkdə günahlandırır. Birləşmiş Ştatları tənqid edən
hesabatda habelə deyilir ki, qanuni prosesin çətinliyinə görə çoxsaylı mühacir
departasiya tələb edilmədiyi halda belə departasiya olunmalarını istəyirlər.
“Amnesty International”-ın ABŞ üzrə icraçı direktoru Larri Koksun sözlərinə
görə, Amerika insan haqlarının kütləvi şəkildə tapdalanması ilə bağlı ölçülər
götürməlidir.