Accessibility links

ABŞ-ın terror şübhəlilərini saxlama siyasəti tənqid olunur


Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-dan kənarda gizli məntəqələrdə saxlanılan yüksək profilli məhbusların işgəncələrinə dair yeni detallar ortaya çıxıb. Məhbusların ifadələri Obama administrasiyasının sabiq prezident Buşun saxlanma siyasətində nə kimi islahatlar aparacağı barədə debata təkan verib.

Yazıçı və jurnalist Mark Danner Beynəlxalq Qırmızı Xaç Komitəsinin 2007-ci il hesabatını necə əldə etdiyini söyləmir. Bu sənəd yalnız Buş administrasiyasının yüksək rütbəli rəsmiləri üçün nəzərdə tutulmuşdu. Ötən həftə New York Review of Books Qırmızı Xaç nümayəndələrinin 14 məhbusla müsahibələrinin detallarını nəşr edib. Məqalənin müəllifi Danner deyir ki, məhbusların hekayələrində böyük oxşarlıqlar var. “İşgəncə və Həqiqət” kitabının müəllifi olan Danner deyir ki, məhbuslar ifadələri 2006-cı ildə Kubada yerləşən Quantanamo Saxlanma Mərkəzinə gətirildikdən sonra veriblər. Dannerin sözlərinə görə məhsbular həftələr və bəzən aylarla çılpaq saxlanılıblar. Onlar çox kiçik kamerlarda, temperaturun süni şəkildə aşağı salındığı şəraitdə saxlanılıbılar. 2001-ci il Sneyatbın 11-i hücumlarının ardınca yaxalanan ən mühüm terror şübhəlisi Səudiyyə Ərəbistanında anadan olmuş Əbu Zübeydə idi. Danner deyir ki, Zübeydə 3 həftə stula bağlı vəziyyətdə saxlanılıb və nəticədə ayaqları qabar gətirib. 3 həftə ərzində Mərkəzi Kəşfiyyat Agentliyinin müstəntiqləri onu ayıq saxlamağa çalışaraq mütəmadi olaraq sifətinə su çiləyiblər. Hesabatda bildirilir ki, təsvir olunan əməllər işgəncə kateqoriyasına daxildir və bu davranış qəddar, qeyri-insani və alçaldıcı rəftar ehtiva edir. İsveçrədə qərargahlanan Beynəlxalq Qırmızı Xaç Komitəsi Dannerin istinad etdiyi hesabatı təkzib etməyib, lakin məxfi saxlanılması nəzərdə tutulan sənədin ictimaiyyətə açıqlanmasından heyifsilənir.

Bu arada Qunatanamoda saxlanılan Çinli müsəlmanların vəkilləri onların azadlığa buraxılması üçün ABŞ Ali Məhkəməsinə müraciət etməyi planlaşdırır. Onlar federal appelyasiya məhkəməsinin uyğur məhbusların azadlığa buraxılmasının qarşısını almasından şikayət edir. Belə ki, rəsmən uyğur məhbuslara qarşı heç bir ittiham irəli sürülməyib. Lakin onların hansı ölkəyə göndəriləcəyi mübahisə obyektidir.

2001-ci ilin 11 Sentyabr terror hücumlarından bəri ABŞ qüvvələri 22 uyğur müsəlmanı Quantanamo Körfəzindəki həbsxanaya gətiriblər. Bu uyğurların Quantanamoya necə gəlib düşdüyü rəsmən bilinmir, lakin inanılır ki, onlar Əfqanıstana və Pakistana gələrkən mükafat axtarışında olanlar zorla onları yaxalayaraq ABŞ qüvvələrinə terrorçu qismində təhvil veriblər. 2006-cı ildə Buş administrasiyası 5 uyğurun heç bir təhlükə törtmədiyini müəyyən edərək onların Albaniyada yaşamasına şərait yaradıb. Vaşinqtonda qərargahlanan vəkil Corc Klark deyir ki, Quantanamoda saxlanılan uyğurların heç bir dövlətə qarşı zorakı məramları yoxdur. Lakin Çin hökuməti bu məhsbuların təhvil verilməsini tələb edir. Birləşmiş Ştatlar indiyədək uyğurları Çinə təhvil verməkdən boyun qaçırıb. Vaşinqton inanır ki, Çinə qaytarılacaqları halda bu məhbusları işgəncə və təqib gözləyir. Eyni zamanda məhbusların azadlığa buraxılacağı təqdirdə hansı ölkəyə göndəriləcəkləri dilemma olaraq qalır.

XS
SM
MD
LG