Accessibility links

Gürcüstanın müxalifət üzvləri silahdan istifadəni planlaşdırmaqda ittiham edilir


Gürcüstan polisinin bildirdiyinə görə, bu həftə həbs edilən 10 müxalifət nümayəndəsindən ikisi gələn ay prezident Saakaşviliyə qarşı planlaşdırılan etiraz aksiyalarının zorakılıqlarla nəticələnməsi üçün silahdan istifadə etməyi planlaşdırmaqda günahlandırılır. Bu gün Tbilisidə nümayiş etdirilən videoda həmin iki nəfərdən biri ölkədə sabitsizlik yaratmaq istəyən şəxslərin xaricdən maliyyələndiyini deyir. Gürcüstanın müxalifət lideri və prezidentin namizədliyini irəli sürən Nino Burcanadze tapılan silahın polisə məxsus olduğunu bildirib. İnterfaks xəbər agentlyininin Nino Burcanadzeyə istinadən verdiyi məlumatında deyilir ki, nümayiş etdirilən lent yazısı ilə partiyanın iki üzvünə qarşı ittiham irəli sürmək olmaz. Gürcüstan müxalifətinin aprel ayının 9-da bir neçə etiraz aksiyası keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG