Amnesty International
deyir ki, dünya boyu ölüm hökmlərinin tətbiqi azalmaqdadır. İnsan hüquqları qrupunun açıqladığı yeni hesabata
əsasən 2008-ci ildə qanunlarında ölüm hökmü təsbit edilən 59 ölkədən yalnız
29-u edam cəzalarını icra edib. 2008-ci
ildə Ölüm Hökmləri və Edamlar adlanan hesabatda ötən il ərzində 2,400 adamın
edam olunduğu bildirilir. 1,700 edamla
Çin bu sırada birinci yerdə gedir. Çin,
İran, Səudiyyə Ərəbistanı və Pakistanın ardınca Birləşmiş Ştatlar gəlir. Lakin Amnesty International-ın yazdığına görə
ABŞ-ın tədricən edamdan üz döndərməsinə dair artan dəlillər müşahidə
edilməkdədir. 2008-ci ildə 36 ştatdan
yalnız 9-da ölüm cəzaları icra edilib ki, bunlar da əsasən cənub ştatlarını
əhatə edir.