Əfqanıstan rəsmiləri ölkənin şərqində iki bomba partlayşı zamanı azı 8 adamın öldüyünü bildirirlər. Polisin verdiyi məlumata görə, Nanqahar vilayətində intiharçının polis yoxlama məntəqəsində özünü partlatması nəticəsində altı adam həlak olub. Ölənlərdən biri polis işçisidir. Xost vilayətində isə Novruz bayramının qeyd edildiyi məbəd yaxınlığında bomba partlayışı zamanı iki adam hələak olub. Bununla yanaşı, NATO qüvvələri ölkənin cənub bölgəsində incident zamanı koalisiya qüvvələrinin bir əsgərinin həlak olduğunu bildirir. İnsidentin detalları və əsgərin milliyəti barədə məlumat verilməyib.