Avropa Birliyi iki günlük Brüssel sammitini başa
çatdırır. Zirvə toplantısının əsas müzakirə mövzusu dünya iqtisadi böhranı,
enerji təhlükəsizliyi və üzv olmayan Şərqi-Avropa dövlətləri ilə əlaqələr olub.
Liderlər aprelin 2-də keçiriləcək Böyük
İyirmiliyin sammitdən əvvəl Avropa Birliyinin mövqeyini aydınlaşdırmağa
çalışırlar. Amerika Birləşmiş Ştatları Birliyə daha böyük iqtisadi yardım
ayırmaq üçün təzyiq göstərir. Ancaq avropalılar bunu rədd edir. Liderlər habelə
keçmiş Sovet İttifaqının tərkib hissəsi olmuş 6 dövlətlə əlaqələri
gücləndirəcək yeni Şərq tərəfdaşlığı planını müzakirə edir. Layihəyə əsasən,
əgər Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna demokratik
islahatlar həyata keçirsə, bu dövlətlər üçün viza məhdudiyyətləri azaldılacaq.
Həmin ölkələrə habelə 2013-cü ilə kimi 800 milyon dollarlıq yardım ayrılması
nəzərdən keçirilib.