Avropa
liderləri qitənin zəifləyən iqtisadiyyatının öhdəsindən gəlmək səyləri ilə Brüsseldə
iki günlük sammitə başlayıblar. Sammit aprelin 2-də daha geniş miqyasda
keçiriləcək sammitdən əvvəl Avropa Birliyinin mövqeyini aydınlaşdırmağa
yönəlib. Analitiklər guman edirlər ki,
birlik liderləri bu gün və sabah vergi ödəyicilərinin dövriyyəyə daha çox pul
buraxılması çağırışlarını rədd edəcək. Onların bunun əvəzində diqqəti
tənzimləyici təşəbbüslər və üzv dövlətlərin ticarət proteksionizminin qarşısını
almaq səylərinə yönəldəcəyi gözlənilir. Avropa liderləri artan yerli və xarici
çağırışlarla üzləşir. Fransada daha kəsərli addımların atılması üçün kütləvi
etiraz aksiyası keçirilib.