Accessibility links

BMT işçiləri Somalidə girov götürülüb


BMT-nin 3 nəfər işçisi və onların tərcüməçisi Somalinin cənubunda silahlılar tərəfindən girov götürülmüşlər. BMT-nin açıqladığı bəyanatda deyilir ki, həmin 4 nəfər bu gün paytaxt Moqadişudan 340 km məsafədəki Vavcud yaşayış mənətəqəsindəki aeroport yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanmışlar. Bəyanatda oğurlananların yerinin məlum olduğu, lakin girovdarlarla heç bir əlaqə saxlanılmağıdı deyilir. Bunlarla yanaşı, hadisənin baş verdiyi zaman heç bir zorakılıq və ya atəş açılması barədə məlumat verilmir. Oğurlananların BMT-nin Yardım və Ərzaq Proqramı işçiləri olduğu deyilir.

XS
SM
MD
LG