150-dən çox dövlətin nümayəndəsi 5-ci Dünya Su
Forumu çərçivəsində qlobal su təhlükəsizliyi strategiyasını müəyyən etmək üçün
İstanbula toplaşıb. Bu gün açılan forum suyun idarə, təchizat və mühavizə
yollarının tapılmasını nəzərdə tutur. Tədbiri təşkil edən Dünya Su Şurası
həddən artıq çox insanın hələ də içməli susuz qaldığını bildirib. BMT xəbərdarlıq edir ki, su çatışmazlığı
münaqişəyə səbəb ola bilər. Bir həftə davam
edəcək konfransa siyasətçilər, biznesmenlər, fəallar, alimlər və başqa
ekspertlər qatılır.