Pakistanda vəkillər və siyasi fəallar ölkədə siyasi toplaşmaların qadağan olunması və hakimiyyətin basqılarıına etiraz olaraq hökumət əleyhinə dörd günlük etiraz yürüşünə başlayıblar.
Dünən Pakistan polisi ölkənin cənubundakı Kəraçi şəhərində yürüş yerinə toplaşan adamlar həbs edib.
İzdiham habelə Kvetta və Lahordə toplaşıb. Bu etiraz kampaniyasının başlıca məqsədi prezident Asif Əli Zərdaridən sabiq prezident Perviz Müşərrəf dövründə vəzifəsindən azad edilmiş Ali Məhkəmənin baş hakimini yenidən vəzifəsinə bərpa edilməsini tələb etməkdir.
Pakistanın daxili işlər naziri Rəhman Malik deyib ki, insanların nümayiş keçirmək hüququ var, lakin bu, küçələrdə baş verməməlidir.
ABŞ-ın Pakistandakı səfirliyi vəziyyətlə əlaqədar hakimiyyətlə dialoq apardığını bildirib.