ABŞ Konqresi hökumətin məsrəflərinə dair 410 milyard dollarlıq qanunu Barak Obamanın imzasına təqdim edib. Sentyabr ayının 30-dək xərcləri nəzərdə tutan qanun tezliklə qüvvəyə minməlidir. Demokratların nəzarətində olan Senatda sənəd 62 lehinə, 35 əleyhinə səslə təsdiq edilib. Respublikaçılar sənədin hədsiz xərcləri nəzərdə tutduğunu deyərək, onu tənqid ediblər.
Sənədə 8 mindən artıq xüsusi şərtlər də daxildir ki, bunlar 7 milyard dollar tələb edir. Ağ Evin bildirdiyinə görə, bu şərtlərə baxmayaraq, prezident sənədi yaxın zamanda imzalayacaq. Seçkiqabağı kampaniyası zamanı Barak Obama bu şərtlərin bir hissəsinin təxirə salınacağına vəd vermişdi.