Accessibility links

Barak Obama səhiyyə sisteminə dair forum keçirir


ABŞ prezidenti Barak Obama Səhiyyə sistemində islahat səylərinə bu gün Ağ Evdə keçiriləcək forumla başlayacaq. Cənab Obama dünyanın ən bahalı səhiyyə sistemində qiymətləri aşağı salmağın yollarını araşdırmaq üçün foruma həkimlər, xəstələr, tibbi sığortaçıları və qanunvericilər daxil olmaqla 120-yə yaxın adamı dəvət edib. Prezidentin sözlərinə görə, artan səhiyyə qiymətləri ABŞ iqtisadiyyatına təhlükədir. Cənab Obama habelə tibbi sığortaya malik olan insanların sayının çoxalmasını istəyir. Göstəricilərə görə, 46 milyon amerikalının sığortası yoxdur. 2010-cu il büdcə təklifində prezident 10 illik səhiyyə islahatları üçün 634 milyard dollar ayrılacağını bildirib.
XS
SM
MD
LG