Accessibility links

ABŞ prezidenti Britaniyanın baş nazirini Ağ Evdə qəbul edib


ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Qordon Braun bu gün Ağ Evdə görüşdən sonra iki ölkə arasında xüsusi münasibətlərin əhəmiyyətini vurğulayıblar. Cənab Obama Britaniyanı həm iqtisadi, həm də birgə təhlükəsizlik məsələlərində Birləşmiş Ştatların ən yaxın və ən güclü müttəfiqi adlandırıb. Baş nazir Qordon Braun ABŞ və Britaniya arasında münasibətləri birgə dəyərlər əsasında və dünyanın iqtisadi problemlərini həll etmək üçün birgə işləmək istəyindən yaranan bir əməkdaşlıq kimi qiymətləndirib. Onun bildirdiyinə görə, danışıqlar zamanı maliyyə sistemlərini sabitləşdirmək üçün digər ölkələrə yardım məqsədilə ABŞ və Britaniyanın birgə işi necə təşkil etmək məsələsi müzakirə edilib. Sabah cənab Braunun ABŞ Konqresində çıxışı gözlənilir.

XS
SM
MD
LG