Accessibility links

Şimali Koreya ABŞ-a xəbərdarlıq edir


Şimali Koreya ABŞ əsgərlərini şimal-cənub sərhədi boyunca demilitarizasiya zonasında təxribatçı hərəkətlərdə ittiham edib. Bu xəbərdarlıq Şimali Koyreanın ABŞ ərazilərinə çatmaq imkanına malik olan raketi sınaqdan keçirməsi ərəfəsinə təsadüf edir. Şimali Koreya hərbçiləri deyir ki, Amerikalı əsgərlər Hərbi Demarkasiya Xəttinin 30 metrliyinə yaxınlaşaraq Şimali Koreya hərbi postunun fotoşəklini çəkiblər. Xəbərdarlıqda deyilir ki, ötən il ərzində 60 dəfə ABŞ əsgərləri sərhədin 100 metrliyinə yaxınlaşıblar. Şimal praktika davam edəcəyi halda “qətiyyətli əks-addımlar” atacağını bəyan edib. Cənubi Koreya müdafiə nazirliyini Şimalın iddialarını rədd edərək Amerikalıların hərkətlərini legitim monitorinq kimi dəyərləndirib.
XS
SM
MD
LG