Accessibility links

Əfqan lideri Nənsi Pelosi ilə görüşüb


Əfqanıstan prezidenti Həmid Karzai Birləşmiş Ştatlar Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi ilə bu gün Kabildə görüşüblər. Bu barədə açıqlanan bəyanatda qeyd edilib ki, onlar Birləşmiş Ştatlarla Əfqanıstan arasındakı münasibətləri, Əfqanıstana sülh və təhlükəsizliyin gətirilməsi yollarını, eləcə də Əfqanıstanın iqtisadi durumunun yaxşılaşdırılmasını müzakirə ediblər. Xanım Pelosi bildirib ki, o, Əfqanıstanda demokratiyanın tərəqqisindən məmnundur və cənab Karzainin terrorizmə qarşı mübarizədə yeni strategiya hazırlamaq məqsədilə gələn həftə Birləşmiş Ştatlara nümayəndə göndərilməsi təklifini dəstəkləyir.
XS
SM
MD
LG