Accessibility links

Qərbi Afrika narkotik tranzitində əsas mərkəzə çevrilib


BMT-nin narkotik maddələr üzrə monitorinq agentliyinin bildirdiyinə görə, Qərbi Afrika Cənubi Amerikadan narkotik maddələrin Avropaya daşınmasında əsas mərkəzə çevrilib. Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının illik hesabatında bildirilir ki, Qərbi Afrikada kokain ticarətinin genişlənməsi bu regionun stabilliyini təhlükə altına qoyur.


Şuranın nümayəndəsi Beate Hammond deyir ki, Qərbi Afrikanın ideal coğrafi mövqeyi onu narkotiklərin qaçaqmalçıları üçün əlverişli bölgəyə çevirib. Hammond deyir ki, bu alverçilər öz maraqları üçün regionda qanunların zəif olmasından yararlanırlar.
Şura bildirir ki, “narkotik alverçiləri” bu əməliyyatları saxta kampaniyalar təsis etməklə həyata keçirirlər.Agentlik “yeni kokain yolunun” Avropaya Balkanlardan da keçərək getməsi haqda xəbərdarlıq edir və Şərqi Avropa tranzit yolunun Britaniyada kokainin qiymətinin aşağı düşməsinə kömək etdiyini bildirir.


Narkotik maddə qaçaqmalçıları əvvəlcə narkotikləri Avropaya Karib dənizi və Şimali Atlantik marşrutu ilə çatdırırdılar. Beynəlxalq Narkotiklərə Nəzarət Şurası bildirir ki, onlar bu marşrutda ABŞ və Britaniya hərbi dəniz qüvvələrinin nəzarətinin artmasına görə başqa transit yollarına üstünlük verirlər.

XS
SM
MD
LG