Venesuela prezidenti Uqo Çaves ölkə rəhbərliyinə seçilmiş şəxslərin vəzifədə qeyri-məhdud müddət qalmasına imkan yaradan referendumda qələbəsini bayram edir.
Prezidentin təklifini venesuelalıların 54 faizi dəstəkləyib.
Cənab Çaves isə deyib ki, bu qərarı dəstəkləyənlər əslində, sosializmin lehinə səs veriblər.
Çaves deyib ki, bu referendum olduqca vacib idi, çünki Venesuelanın sosializmə keçidini təmin etmək üçün ona daha artıq vaxt lazımdır. Tənqidçilərsə Çavesi diktatorluğa doğru irəliləməkdə ittiham edirlər.