İraq polisi
deyir ki, yolkənarı bomba partlayışı nəticəsində Bağdadda 4 adam həlak olub, 11
nəfərsə yaralanıb. Rəsmilər deyir ki,
bomba hücumu Bağdadın şiələr yaşadığı Sədr şəhərində mikro-avtobusu hədəf
alıb. Bu, son iki gündə Sədr şəhərində
ikinci hücumdür. Bazar günü baş verən
partılayışda 1 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. İraqda zorakılıqlar son ildə
kəskin azalıb, lakin son hücumlar göstərir ki, təhlükəsizlik zərif olaraq
qalır.ABŞ qoşunlarının 2011-ci ilədək ölkədən çıxarılmasını nəzərdə tutan
sazişə əsasən ABŞ hərbçiləri təhlükəsizliklə bağlı cavabdehliyi tədricən İraq
qüvvələrinə ötürməkdədir.