Pakistandakı
Taliban qüvvələri Svat vadisində 10 günlük atəşkəs elan edib. Taliban sözçüsü
Müslüm Xan 6 ay Svatda girov saxlanılan çinli mühəndisin azad edilməsindən qısa
müddət sonra atəşkəsi açıqlayıb. Çin dövlət mətbuatı Şinxua bildirir ki,
mühəndis bu gün xəsarət almadan İslamabaddakı Çin səfirliyinə aparılıb. Xanın
sözlərinə görə, mühəndis xoşməram əlaməti olaraq hökumətlə danışıqlar aparmaq
üçün sərbəst buraxılıb. Yerli Pakistan rəsmiləri və Taliban tərafdarı Sufi
Məhəmməd ölkənin şimal-qərbinin bəzi hissələrində İslam qanunlarının tətbiq
olunmasının mümkünlüyünü müzakirə ediblər. Əfqanıstanda döyüşmüş Məhəmməd özü
də keçən il başqa bir razılıq əsasında azadlığa buraxılmışdı.