Təbrizdəki mənbələrin yaydığı məlumata görə, azərbaycanlı fəal Vəhid Şıxbəyli zaminə
buraxılıb. Təbrizin Özəl Universitetinin tələbəsi cənab Şıxbəyli, Fevralın
11-də, 50 milyon tümən(50 min ABŞ dolları) girov qoyaraq müvəqqəti azadlığa
çıxıb. Cənab Şıxbəylinin üzvü olduğu “Arman” Tələbə Birliyi bu xəbəri
təsdiqləyərək, onun azad olunmasına
çalışanların fəaliyyətini yüksək qiymətləndirib.
Təqribən 2 ay öncə, Təbrizdəki mənzilinin önündən oğurlanan Vəhid Şıxbəylinin daha sonra Ettelaat əməkdaşları tərəfindən həbs olunduğu məlum oldu. İslam İnqilab Məhkəməsi cənab Şıxbəylini cinayət məcəlləsinin “Milli təhlükəsizliyi pozamağa cəhd” və “İctimai asayışı pozmaq” maddələri ilə ittiham edir. Onun nə zaman məhkəməyə çağrılacağı barədə xəbər verilmir.