Accessibility links

Türkiyənin maliyyə nazirinə ABŞ-da əməliyyat olunacaq


Türkiyənin maliyyə naziri Kemal Unakıtan ürəyindən müalicə olunmaq məqsədilə Birləşmiş Ştatlara yola düşüb.

İstanbul hava limanında Türkiyə xəbər agentliklərinə açıqlamasında o, ürəyində ya şuntlama əməliyyatı aparılacağını, yaxud da stend yerləşdiriləcəyini bildirib.

Adətən bu proseduru qan damarları tıxanmış insanlar keçirir.

Unatıkan deyib ki, o, Ohayo ştatının Klivlend şəhərində müalicə olunacaq. Lakin əməliyyatın nə vaxt olacağı bilinmir.

Nazir jurnalistlərə açıqlamasında habelə ürək problemlərinə baxmayaraq, özünü yaxşı hiss etdiyini bildirib.

Unatıkan 2002-ci ildən Türkiyənin maliyyə naziridir.

e

XS
SM
MD
LG